Qayda və qanunlar

Gizlilik siyasəti

Ümumi

Sayta daxil etdiyiniz bütün şəxsi məlumatlarınız Yolget.az tərəfindən istifadə və emal olunacaqdır. Biz daxil olunan özəl məlumatlarınızın gizliliyinin qorunmasında məsuliyyət daşıyan tərəfik.

Veb-saytda qeydiyyatdan keçmə

Onlayn xidmətlərimizdən istifadə edə bilmək üçün əvvəlcə email ünvanı, istifadəçi adı, şifrəni və s. daxil etməklə veb-saytımızda qeydiyyatdan keçməlisiniz. Xahiş edirik ki, daxil etdiyiniz məlumatların sui-istifadəsinin qarşısını almaq üçün şifrənizi qoruyun. Veb-saytımızdan yararlanmaq üçün istifadə etdiyiniz kompüterin IP ünvanı və daxil olma müddəti qeydə alınacaqdır. Bütün bu məlumatlar istifadə olunmadığı halda silinəcəkdir. Hesabınızı açdığınız/ləğv etdiyiniz və ya elan verdiyiniz zaman İP ünvanınız, tarix və zaman yoxlama, identifikasiya və təhlükəsizlik məqsədləri üçün qeydə alınacaqdır. İstifadəçi adınız altında qeydə alınan bütün məlumatları “Yolget.az” yazılı müraciət zamanı sizə ötürə bilər.

Məlumatların istifadə məqsədləri

Saytda qeydiyyatdan keçdiyiniz halda daxil etdiyiniz məlumatlar, yol paylaşımlarınızın müəyyən olunması, veb-saytdan istifadəyə icazə verilməsi, razı olduğunuz halda başqa xidmətlərin verilməsi kimi qarşılıqlı razılaşdırılmış məqsədlər üçün istifadə olunacaq. Bütün bu məlumatlar ancaq və ancaq sizin razılığınız olduğu halda reklam məqsədləri üçün istifadə olunacaqdır. Daxil edilən məlumatlar elektron formatda saxlanılır.

Üçüncü tərəflər

Daxil olunan məlumatlar üçüncü tərəflərə sonuncu adı çəkilənlərdən veb-sayt və xidmətləri üçün yararlandığımız halda əlçatan olacaqdır. Belə üçüncü tərəfə misal olaraq veb-saytı host edən servis provayderi göstərmək olar. Yolget.az istifadəçinin daxil etdiyi məlumatları həmçinin zəruri olduğu halda dövlət mühafizə orqanlarına (məhkəmə və hüquq mühafizə orqanları, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi) təqdim edə bilər. Bütün qeyd edilən hallar istisna olmaqla sizin daxil etdiyiniz məlumatlar heç bir halda üçüncü tərəfə ötürülməyəcəkdir.

Razılıq / İmtina haqqı

Məlumatları daxil etməklə, saytımızın qayda və qanunlarını qəbul edərək xidmətimizdən istifadə etmək könüllü olduğu kimi bütün bunlardan imtina etmək də sizin haqqınızdır.

Hesabların bloklanma və ya silinməsi

Veb - saytımızda hesab açmaqla daxil etdiyiniz məlumatlar hesabınızı ləğv edənədək yaddaşda saxlanılacaqdır. Hesabınızı bağladığınız təqdirdə məlumatlarınızın silinməməsi üçün hüquqi bir tələb yoxdursa məlumatlarınız silinəcəkdir. Sonuncu halda məlumatlarınız daha sonra istifadəsinin qarşısını almaq üçün bloklanacaqdır.

Gizlilik siyasətinə ediləcək dəyişikliklər

Yolget.az istənilən zaman özünün gizlilik siyasətinə dəyişikliklər etmək hüququna sahibdir. Bu dəyişikliklərin sizə dəyə biləcək mümkün zərərinin qarşısını almaq üçün əvvəlcədən yeniliklərlə bağlı xəbərdar olunacaqsınız.

İstifadə qaydaları

Hər dəfə saytımızdan istifadə etməklə yolunuzu paylaşmaq üçün elan yerləşdirəndə aşağıda göstərilən istifadə qaydalarını nəzərə almalısınız. Bütün istifadəçilərin bu qaydalara doğru əməl etməsi hər şeyin qaydasında olacağının təminatıdır.

- Sizi maraqlandıran elanı tapdığınız halda nə etməli?

Əgər sizi maraqlandıran elanı tapmısınızsa, lütfən elan sahibi ilə telefonla əlaqə saxlayın. Elan sahibinin əlaqə nömrəsini qeyd etməyi unutduğu halda digər əlaqə vasitələsindən istifadə etməklə onun mobil telefon nömrəsini öyrənin.

Məsləhət: Görüş yeri və zamanı elan sahibi tərəfindən əvvəlcədən qeyd olunsa belə gecikmələrin və anlaşılmazlıqların qarşısını almaq üçün onunla əlaqə saxlamağınız məsləhətdir.

- Elan sahibi ilə əlaqə saxladığınız təqdirdə hansı məsələlər aydınlaşdırılmalıdır?

Aşağıda qeyd edilən məqamlar öz cavabını tapmalıdır:

  • Yolget.az – da verilən elan doğrudurmu? (ayın tarixi, vaxt və marşrut!)
  • Sürücü hansı məbləğ müqabilində yolunu paylaşmağa hazırdır? (Qiymətdə razılaşın!)
  • Sürücü sizi harada götürə bilər və ya elanda qeyd olunan yerdən fərqli yerdə görüşə bilərsinizmi? (Görüş yerini dəqiqləşdirin.)
  • Sürücü səyahətin sonunda sizi harada maşından endirə bilər? (Son məntəqə ilə bağlı razılaşın.)
  • Ehtiyac olduqda bir – birinizlə necə əlaqə saxlaya bilərsiniz? (Mobil nömrə alış – verişi edin, adlarınızı qeyd edin.)
  • Təxmini olaraq səyahət müddəti nə qədərdir? ( Təxmini səyahət müddətini soruşun.)
  • Ehtiyac varsa maşının növü, sərnişinlərin sayı, sürmə tərzi, yük üçün yerin olub-olmaması, siqaret çəkilib – çəkilməməsi və s. ilə bağlı suallara cavab tapın.

Məsləhət: Bütün yuxarıda qeyd edilənləri, xüsusən də səyahət məbləğini sürücü ilə çıxmamışdan əvvəl dəqiqləşdirin.

- Görüş yeri və vaxtı barəsində sürücü ilə razılaşmışam. Nələrə diqqət yetirməliyəm?

Səyahətinizin 100% baş tutacağına əmin olmaq üçün görüşməmişdən bir müddət əvvəl yenə sürücü ilə əlaqə saxlamağınızı məsləhət görürük (səyahətlə bağlı bir problemin olub – olmadığını, qiymətlərin, şərtlərin eyni qaldığını soruşun). İstənilən halda aşağıda qeyd edilənlərə əməl olunduğundan əmin olun:

  • Mobil nömrələrin qarşılıqlı bilindiyindən
  • Qiymətin razılaşdırıldığından
  • Gediləcək yerdən

Üzrlü səbəblərdən dolayı səyahətə gedə bilməyəcəyiniz təqdirdə lütfən, sürücünü ən az bir neçə saat əvvəlcədən bu haqda məlumatlandırın. Bu halda mobil telefonla əlaqə saxlamağınız məsləhətdir (SMS, e-mail oxunmaya bilər).

Qiymətlər

Səyahət xərci istənilən halda sürücü və sərnişin arasında olan danışıqlarla təyin olunur! Bununla belə, bütün istifadəçilərimizdən aşağıdakı qaydalara əməl etməyi xahiş edirik:

- Yolget.az-ın istifadəçilərinə göstərdiyi xidmət tamamilə pulsuzdur! Yolget.az agentlik xidməti göstərmir! Biz sadəcə yolunu paylaşmaq istəyənlər və səyahət etmək istəyənlər arasında əlaqəni təmin etmək üçün qurulmuş bir platformayıq. Sürücü və sənişinlər yol xərclərini paylaşmaq üçün səyahətlərinin başlanğıc/son yeri və qiyməti haqqında razılığa gəlirlər. Bu sövdələşməyə biz, yolget.az olaraq heç bir mənada müdaxilə etmirik.

- Yol xərcləri (bir sərnişin üçün gediş haqqı) istifadə olunan yanacaq miqdarının sürücü və sərnişinlər arasında paylaşılan xərcləri əsasında danışıqlarla formalaşır. Paylaşılan bu xərci hesablamağın iki məsləhətli yolu var:

  • Sərnişinlərin sayı əsasında təyin olunan qiymət: Xərc paylaşımı səyahət edən sərnişinlərin sayından asılı olur. Xərclərin ədalətlə paylaşdırılması üçün yolget.az qiymətin aşağıdakı düsturla hesablanmasını tövsiyyə edir.
  • İstifadə olunan yanacaq əsasında təyin olunan qiymət: Bir sözlə, istifadə olunan yanacağın qiyməti və 10% inin cəmi sərnişinlərin sayına bölünməlidir.

Price calculation formula

Qanunlar

Qanunvericilik baxımından Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar» və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” barədə Əlavənin 13, 14, 35, 38-ci bənd ilə hava, su və avtomobil yolu ilə yük və sərnişin daşımaların həyata keçirilə bilməsi üçün lisenziya (xüsusi razılıq) tələb edilir. Yəni daşıma fəaliyyətini həyata keçirmək istəyən şəxs mütləq lisenziya və fərqlənmə nişanı almalıdır. Lisenziyanı əvəllər nəqliyyat nazirliyi verirdi, ancaq prezidentin 31 avqust 2015-ci il tarixli fərmanı ilə artıq lisenziya verilməsi ASAN ximdətə həvalə edilib. «Avtomobil nəqliyyatı haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə bu fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti lisenziyalaşdırılır. Həmin qanunla müəyyən edilmiş hallar istisnaolmaqla, xüsusi razılıq (lisenziya) olmadan və ya digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya) əsasında sərnişin və yük daşımalarının yerinə yetirilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 150-2-ci maddəsinə görə, "avtomobil nəqliyyatı ilə sənişin və baqaj daşınması qaydalarının pozulması" və 150-4-cü maddəyə görə də "xüsusi razılıq (lisenziya) almadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması" baxımından məsuliyyət müəyyən edilir. Digər tərəfdən də vergi ödəyiciləri xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan və ya lisenziyalaşdırılma şərtləri pozulmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə, vurulmuş ziyanın məbləğindən asılı olaraq, İnzibati Xətalar Məcəlləsinin 199-cu və ya Cinayət Məcəlləsinin 192-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Vergi ödəyiciləri avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) aldıqdan sonra, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə əsasən, hər bir avtomobil nəqliyyatı vasitəsi üçün «Fərqlənmə nişanı» alırlar. VM-in 221.4.7-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanından təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdırlar. VM-in 218.1.1.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. «Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara «Fərqlənmə nişanı» verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən «Fərqlənmə nişanı»nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. Nəticə etibarı ilə sərnişin daşımaq istəyən şəxs dövlətdən xüsusi razılıq (lisenziya) və fərqlənmə nişanı almalıdır, əks təqdirdə inzibati və ya cinayət məsuliyyəti yarana bilər.

Qeyd: Lütfən, nəzərə alın ki, Azərbaycan Respublikası Prezidentinin Lisenziyalaşdırma sahəsində bəzi tədbirlərin görülməsi haqqında 21 dekabr 2015-ci il tarixli fərmanı ilə artıq yük və sərnişin daşımaları üçün lisenziya alınması tələb edilmir.

Qanunlarda bir dəyişiklik olduğu halda sizi məlumatlandırmağa çalışacağıq.

İstifadəçi Sazişini pdf formatda yüklə